Namaz qılanda pişiyin yanıma gəlməsi nə deməkdir?

    29.02.2016
Sual: 
Salam Namaz qilarken pisiy cox vaxt yanimda durur bezen möhurle oynayir oturulu veziyyetde olanda qucagimda oturur mene ele gelir bunun bir sebebi olmalidir xais edirem cavab veresiz
Cavab: 

Və aleykum Salam. Namaz qılarkən pişiyin gəlib yanınızda oturması normal bir haldır. Bunu hər hansı bir mənaya yozmaq düzgün olmazdı. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) pişik haqda belə buyurur: "O (pişik), murdar deyil. Ancaq o, sizin yan-yörənizdə çox gəzib dolaşan bir heyvandır". (Əbu Dəvud, 75).
Həmçinin, oxuyun: Möhürlə namaz qılmaq olarmı?

Teqlər: 
Paylaş: