Aşağıdakı hədisdə əhli kitab deyəndə peyğəmbərimizin ümməti nəzərdə tutulurmu?

    29.02.2016
Kimdən: 
Rizvan
Sual: 
Salam aleykum. Zəhmət olmasa bu hədisin izahını yazardınız! Əhli Kitab peyğəmbərimizin ümmətindən necə ola bilər?Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Ümmətimdən iki tayfa həlak olacaq! Əhli Kitab və Əhli Libə!!! - Əhli Kitab, Allahın kitabını Allahın nazil etdiyindən başqasıyla təvil edərək müsəlmanların alimlərinə qarşı mübarizə aparacaqlar. - Əhli Libə isə cümə və camaat namazlarını tərk edəcəklər və bədəviləşəcəklər". (Şeyx əl-Əlbəni, "əs-Sahihə" kitabı, (2778); Buxari, "Xalqu Əf'alu-l-İbəd" kitabı (615); Tabərani, (17/297); Hakim, (2/374); Əhməd, (4/155); Əbu Ya'lə, (1746); "Məc'məu-z-Zəvaid" əsəri, (2/194); Həravi, "Zəmmu-l-Kələm" (2/28).
Cavab: 
Və aleykum Salam. Bu hədisin tərcüməsi dəqiq deyil. Hədisdə deyilir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "Ümmətimin azmasına iki şey səbəb olacaq: Kitab (Quran) və Dəvə (Dünya)". Soruşdular: "Ey Allahın Elçisi, Kitab və Dəvə nədir?" O (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurdu: "Quranı Allahın nazil etdiyindən başqa bir mənada şərh edəcəklər. Dəvəni (dünyanı) sevəcəklər. Camaatdan, cümədən uzaqlaşacaq və bədəviləşəcəklər". (İmam Əhməd, 17451). Ona görə burda Əhli-Kitabdan söhbət getmir. Kitab dedikdə qəsd olunan Qurandır. Həmçinin, Kitab dedikdə, yəni insan etdiyi ibadətlərində riyakarlıq etməklə aza bilər.
Paylaş: