Qızdan adi bir ləkə də gəlsə qüsl almaq lazımdır?

    06.02.2014
Sual: 
Salam aleykum? Qız xeylağından cinsi tərəfdən adi bir ləkə belə gəlsə qüslmu almaq gerekir?
Cavab: 

Aleykum salam. Qadına qüsl etmək bu hallarda vacib olur: Qadın heyz və nifasdan qurtardıqdan sonra. Pollyusiya və cinsi əlaqədən sonra. İslam dinini qəbul etdikdə və ya (şirk və ya küfr etməklə) İslam dinindən çıxdıqdan sonra, yenidən bu dinə qayıtdıqda. Əks halda, ara-sıra gələn axıntı, (maye, ləkə) sadəcə dəstəmazı pozur. Belə vəziyyətdə hər namaz üçün dəstəmaz almağa ehtiyac olur.
Əgər maye daimi olaraq gəlirsə və kəsilmirsə, bu halda o insan üzrlü sayılır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə insanlara hər namazın vaxtı girdikdə dəstəmaz alıb həmin axıntıya fikir vermədən fərz və nafilə namazlarını qılmağa icazə vermişdir.

Teqlər: 
Paylaş: