Yalana ortaq olmağın günahı nə qədər böyükdür?

    22.03.2016
Sual: 
Bir yalana ortag olmagin gunahi neqeder boyukdur
Cavab: 
Salam aleykum. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın!" (əl-Əhzab, 70). Həmçinin, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Həmişə doğru­çul olmağa çalışın! Çünki doğruluq yaxşı işlərlə bərabər­dir və hər ikisi (in­sanı) Cənnətə aparır. Ya­lan­dan çə­kinin! Çünki ya­lan günah işlərə bə­ra­bərdir və hər ikisi (in­sa­nı) Cəhənnə­mə aparır. Allah­dan salamatlıq di­ləyin. Çünki (heç kəsə) yəqin­lik­dən sonra sala­mat­lıq­dan daha xeyirli bir şey ve­ril­mə­mişdir. Bir-birinizlə əlaqə­ləri kəs­mə­yin, bir-birinizə arxa çevir­məyin, bir-biri­nizə həsəd aparmayın, bir-birinizə nifrət etməyin. Ey Allahın qulla­rı, qardaş olun!” (İbn Macə, 3849). Yalan böyük günahlardandır. Günaha ortaq olan adam da günah qazanır. Lakin, hər bir günahdan tövbə etmək olar. Yetər ki, səmimi qəlbdən peşmançılıq olsun. Həmçinin, oxuyun: 
Tövbə etsəm, Allah məni bağışlayarmı?
Doğru danışmaq haqqında
Paylaş: