Ərim mənə xəyanət etdiyi üçün namaz qılmıram və hicabı açmışam...

    23.03.2016
Sual: 
Men bes il hicab da olmusam.illerle yoldasimin xeyaneti meni dinimden ayirdi.indi her gece yuxuda namaz qiliram.amma ne qeder calisiram heyatda ede bilmirem.namaz qilanlara hicablilara hesedle baxiram amma ureyimde bir od var o.meni qoymur dinimi yasayim
Cavab: 
Salam aleykum. Başınıza gələn müsibətə görə Allahdan sizə səbr diləyirik. Əriniz zina etdiyi və sizə xəyanət etdiyi üçün böyük günah qazanmışdır və sizin haqqınıza girdiyi üçün Qiyamət günü haqqınızı ondan tələb edə biləcəksiniz.
Amma nəzərə alın ki, hicab və namaz kimi əmrlər əriniz üçün yox, Allah üçün edilir. Allah üçün edildiyinə görə həyatda hər hansı bir müsibətin baş verməsinə baxmayaraq hicab bağlamaq və namaz qılmaq vacibdir. Ona görə də tövbə edərək hicab bağlayıb namaz qılmağa başlayın. Ürəyinizdə olan od isə şeytanın vəsvəsəsidir. Buna fikir verməyin. Tezliklə namaza başlayın. Allah sizə kömək olsun. Həmçinin, oxuyun: Qul haqqı barədə
Paylaş: