Qiblə istiqamətində yatan adamın qarşısında namaz qılmaq olarmı?
Sual:
Salam. qible terefde otaq yoldasim yatir .mende subh namazin qila bilmirem.cunki qarsida biri olmamalidir.namazdaqqarsimda biri olsa namaz sehihdir.sualin cavabi tecili lazimdir
Cavab:
Və aleykum Salam. Qiblə istiqamətində yatanın qarşısında namaz qılmaq icazəlidir. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) zövcəsi Aişə (Allah ondan razı olsun) demişdir: “Mən Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) qarşısında ayaqlarımı onun qibləsinə tərəf uzadıb yatardım. O, səcdəyə getdikdə əlini mənə toxundurar və mən ayaqlarımı yığardım, səcdədən qalxdıqda isə onları uzadardım”. (əl-Buxari, 382).