Batil bayramlarda qəbristanlığı ziyarət etmək haramdır?
Salam aleykum. İslam bayramları Ramazan və Qurban bayramlarıdır. Qeyri-İslam bayramlarını xüsusiləşdirib qəbristanlığı ziyarət etmək olmaz. Bu onlara oxşamağa gətirib çıxarır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Kim bir qövmə oxşasa, artıq o da onlardandır". (Əbu Davud, 4033).
Həmçinin demişdir: "Bizdən başqasına bənzəyən bizdən deyil". (ət-Tirmizi "İstizan", 7). Novruz müsəlman bayramı deyil. Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Siz özünüzdən əvvəlkilərin yolunu tutub qarış-qarış, ərəş-ərəş gedəcəksiniz. Hətta onlar kərtənkələ yuvasına girsələr belə, siz də ora girəcəksiniz". Biz dedik: "Ya Rəsulullah, yəhudiləri və xristianlarımı (qəsd edirsən)?" Dedi: "Başqa kim (ola bilər ki)?!" (əl-Buxari, 3456). Daha ətraflı: Qəbirləri ziyarət edən zaman hansı qaydalara riayət etməliyik?