Möminin bankdan pul götürməsi düzgündürmü?
Sual:
Salam aleykum. bilmek isteyirem ki, mömin bir shexse bankdan pul goturmek olar ya yox? Meqsed evi temir etmekdir.
Cavab:
Aleykum salam. Xeyr, Rəsulullah (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bunu qadağan etmişdir: "Rəsulullah ribanı (faiz) yeyənə, yedirdənə (burada faiz alan və verən nəzərdə tutulur), (müqaviləni) tərtib edənə, şahidlik edənə lənət etdi və: "Onlar bərabərdirlər", – dedi. (Səhih Muslim). Uca Allaha səmimi dua edin, sizə daha təmiz ruzi və ya borc yetirsin.