Mələklər neçənci gün yerə enirlər?

    03.04.2016
Kimdən: 
fidan
Sual: 
allahin melkleri necenci gun yerə enir ve onlari gormek mumkundur
Cavab: 
Salam aleykum. Mələklər gözə görsənməsələr də insanların gündəlik həyatında iştirak edirlər. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Bir dəstə mələk gecələr, bir dəstə mələk də gündüzlər növbə ilə sizin yanınıza gəlir, onlar Sübh və Əsr namazlarında bir yerə toplanır­lar. Bundan sonra gecəni sizin aranızda keçirən mələklər (səma­ya) qalxır və Allah onlardan: “Siz Mənim qullarımı nə vəziyyətdə tərk etmisiniz?”- deyə soruşur, halbuki O, qullarının (nə etdiklə­rini) daha yaxşı bilir. Bununla belə onlar deyirlər: “Biz onları namaz qıldıqları halda tərk etdik, yanlarına gəldikdə də onlar namaz qılırdılar” (əl-Buxari, 555). Daha ətraflı: 
Mələklər haqqında
"Qədr gecəsi" surəsinin izahı
Paylaş: