Allahın və mələklərin salavat etmələri necə başa düşülür?
Sual:
Salamu aleykum.Bəziləri deyir ki salavat sözü yardım etmək mənasında işlənir.Qurandakı ayə də o deməkdir ki Allah və mələkləri peyğəmbərə yardım edirlər.ey iman gətirənlər siz də peyğəmbərə yardım edin.yardım etmək də yəni Allahın dinini yaymaqda yaşamaqda nəzərdə tutulur.bu doğrudurmu?
Cavab:
Və aleykum Salam. Uca Allah buyurur: "Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın". (əl-Əhzəb, 56). Əbul-Aliyə (Allah ona rəhmət etsin) deyir: "Allahın salavat etməsi mələklər yanında onu (Peyğəmbəri) səna etməsi, mələklərin salavatı isə ona dua etmələridir". (əl-Buxari: "Təfsir", 256). Uca Allah salavatın mənasını mələklər üçün şəri mənaya, Özünün salavat etməsini isə öymək olaraq lüğəti mənaya gətirmişdir. Allahın salavat etməsi mələkləri yanında öyməsidir. Ona görə Allahın, mələklərin və möminlərin salavat etmələri hərəsi ayrı mənaya gəlir. Möminlərin salavat etmələri "Allahummə salli" demələridir.