Namaz qılarkən çağıran adama cavab vermək namazı pozurmu?

    03.04.2016
Kimdən: 
Yegane
Sual: 
Axsaminiz xeir. Namaz qilarken ana cagirirsa cavab vermek namazi pozur?yaxud gunahdir?
Cavab: 

Salam aleykum. Vacib namazları qılarkən ana, ata və ya başqa birisi çağırsa, namazdan çıxmaq və ya cavab vermək olmaz. Çünki, artıq hərəkət və ya söz namazı pozur. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurdu: "Namazın başlanğıcı təmizlikdir. Namazda artıq hərəkətləri haram edən təkbir etməkdir. Artıq hərəkətləri halal edən isə salam verməkdir". (ət-Tirmizi, 3). Yalnız təhlükə olanda vacib namazlardan çıxmaq olar. Sünnə (əlavə) namazlarında isə israrla çağırılsanız cavab verməyiniz yaxşıdır. 

Teqlər: 
Paylaş: