Allah insanı niyə yaradıb?

    12.04.2016
Kimdən: 
Vuqar
Sual: 
salam. Allah insani niye yaradib? Eger cavab ona ibadet etmek ucun yaradilmaqdirsa bes onda bizim ibadetimize allahin ne ehtiyaci vardi? eger bu ehtiyac bizim ozumuze lazimdir cavabi vereceksizse onda bele bir mesele ortaya cixir ki, bizim ibadetimiz biz yaranandan sonra bize lazimdir. men biz yaranmamisdan onceden danisiram. yani loru dilde desem hesab edin ki, allah var hec ne yoxdur. allah niye birden qerara geldi ki, insan yaratsin?
Cavab: 
Və aleykum Salam. Bu sualın ən dolğun cavabını Rəbbimiz olan Uca Allah Özü bilir və Qiyamət günü özünüz bir-başa Yaradana sual edib cavabı alacaqsınız. Bu danılmaz bir həqiqətdir. Bununla yanaşı bu dünyada da Uca Allaha dua edib bu və diqər hər hansi məsələ barədə hər şeyi bilən hər şeyi Bilən Allahdan bilik istəyə bilərsiz. Şəriətimizdə bildirilir ki, Uca Allah Onu tanıyıb, Ona təzim edib, Ona təriflər demək üçün məxluqat yaratdı. Özünüz də gözəl söylədiniz ki, Allahdan başqa heç kim yox idi. Uca Allaha ən böyük təzim və tərif isə ibadətdir. İbadət - Uca Allaha təzim, tərif, həmd-səna etməyin ən ali və ən mükəmməl təzahürüdür. Buna qörə Allah Quranda bizə bildirir ki, "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım". (əz-Zəriyət, 56). Uca Allah istədi ki, Onu bilsinlər tanısınlar və adını ucaltsınlar. İbadət bəndənin mənəvi yüksəlişidir. Namaz ibadəti isə bütün təzim və tərifləri özündə cəm edən ali və mükəmməl olaraq həm mənəvi, həm də zahiri əməllərin icrası və imanın sübutudur. Namaz - bəndənin öz Rəbbinə olan sevgisinin, hörmətinin və təşəkkürünün ən ali təzahürüdür. Namaz həddi buluga çatmiş, azad və əqli başında olan hər kəsə əmr olunub. Nahayət ibadət edib Uca Allaha təzim edənlər ücün ər-Rahim olan Rəbbimiz mükafat olaraq Cənnətlər - əbədi olan naz-nemətlər yaradıb. Bu ilahi mükafatdir. Fəqət ən ali, ən yüksək, ən əzəmətli mükafat isə yenə də mənəvi şüurlu olan mükafatdir - Cənnətdə öz Rəbbinə baxmaqdır. Uca Allah buyurur: "O gün neçə-neçə üzlər nurlanacaq və öz Rəbbinə baxacaqdır". (əl-Qiyəmə, 22-23). Bu ən ali mükafatdır. Deməli, Rəbbimiz olan Uca Allah məxluqatı Onu tanımaq üçün yaradib, həmd-səna üçün ibadət təyin edib. İbadətə görə də mükafat təyin edib ki, o da əbədi olan Cənnət həyatıdır. Uca Allah bizə həyat verib, ən azından buna görə Ona təşəkkür etməliyik. Təşəkkürün ən mükəmməl forması - namaz başda olmaqla - ibadətdir. Şükür edənlər üçün isə mükafat olaraq Uca Allah Cənnət yaradıb. Uca Allah bizi Cənnətdən endirib, biz isə ora təkrar qayıtmaq üçün cəhd göstərməliyik. Buna görə yaşayıb ibadət etməyə dəyər. Bunda düşünənlər və ağıl sahibləri üçün faydalar var. Həmçinin, oxuyun: İnsan nə üçün yaradılıb?
Teqlər: 
Paylaş: