Tövbəni hökmən namaz qıldıqdan sonra etmək lazımdır?
Sual:
Evvela Salam.Men tovbe bir muddet evvel etdiyim bir boyuk bir sehv ucbatindan pesman oldum ve tovbe ettim .Amma bildiyim qederi ile gizlin edilmis bir gunahin tovbesi de gizlin edilmelidir?Men tovbe ederken Tovbe Istigfar duasini ezberden yox defterden oxumusam .Bilmek isterdim ki tovbe ederken mutleq namaz qildiqdan sonrami tovbe edilmelidir ya yox?Ve bir de mutleq tovbe ezberden mi deyilmelidir?
Cavab:
Və aleykum Salam. Günah gizlində və ya aşkarda olsa da günah sayılır. Bunun üçün sadəcə tövbə edilir. Hansısa duanı etmək və ya "tövbə yalnız namazdan sonra edilməlidir" kimi bir şərt yoxdur. Günahdan peşman olmaq və Allahdan bağışlanma diləmək tövbədir. Daha ətraflı: Tövbə etsəm, Allah bağışlayarmı?