Təqlid haqqında, həmçinin sələfi və xəvariclər barədə
Aleykum salam. Təqlid haqqında buradan oxuyun: İslamda təqlid varmı?
Sələfilər Əhli Sünnəyə aiddirlər. Xəvariclər isə ərəbcə "xaracə" felindən əmələ gəlmiş xarici sözünün cəmidir. Xaracə - çıxmaq, xaric olmaq, xarici isə xaric olan deməkdir. Xarici deyildikdə, müsəlman camaatından ayrılıb özünə dəstə yaradan və ya yaranmış belə bir dəstəyə qoşulan, dəlil-sübutsuz olaraq böyük günah sahibini kafir sayan və şəriətə zidd olan digər əxlaqları özündə cəm edən fasiq insanlar nəzərdə tutulur. Bu firqə müsəlmanlar arasında meydana gəlmiş ilk firqədir. Onlar Uca Allahın razı qaldığı, Cənnətlə müjdələnmiş, İslam üçün canından və malından keçmiş, ölənədək Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) sadiq olmuş Osman və Əli (Allah onlardan razı olsun) kimi iki böyük əshabəni kafir sayıb şəhid etmişlər. Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) onları "cəhənnəmin köpəkləri" adlandırmışdır.