İnternet ödənişlərində əlavə məbləğin qazanılması haqqında
Sual:
Salam aleykum. Mən internetdə belə bir şey gördüm: öz e-pul qabından başqa adamın pul qabısına 20 rubl köçürdür və o 20 rubl ona iki qat çox gəlir, yəni 40 rubl olur onda. Bu cür etmək haramdır? Yəni bu sələm, riba deyil? Xahiş edirəm ətraflı başa salardız. Çoxsağolun.
Cavab:
Və aleykum Salam. Sualda hansı şərtlər daxilində əlavə məbləğin qazanılması qeyd edilmədiyi üçün dəqiq cavab vermək mümükün deyil. Hər bir halda aşağıdakı hədisi xatırlatmaq istərdik. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "Halal da bəllidir, haram da. Bunların arasında halal yaxud haram olduğu bəlli olmayan bəzi şübhəli şeylər vardır ki, insanların çoxu bunu bilməzlər. Kim şübhəli məsələlərdən çəkinərsə, dinini və namusunu qorumuş olar. Kim şübhəli məsələlərə dalsa, mal-qarasını qoruğun kənarında otaran çoban kimi, çox keçməz qoruğa düşər. Bilin ki, hər bir hökmdarın qoruğu vardır. Bilin ki, Allahın yer üzündəki qoruğu haram buyurduğu şeylərdir". (əl-Buxari, 52).