Kreditə kontur verən şirkətdən aldığım maaş haram sayılırmı?

    30.04.2016
Kimdən: 
Allah bendesi
Sual: 
Salam Aleykum. Men olkemizdeki mobil operatorlardan birinde ishleyirem. Olkemizdeki operatorlarin her ucu kenar partnyor shirket vasitesile kredite konur verir. Meselen siz 50 qepiklik kontur goturub evezinde 60 qepik qaytarirsiniz.Sualim budur ki, indi menim aldigim maas faiz sayilir ya yox? Faizdirse men ozume yeni ish yeri axtarim? Allah razi olsun
Cavab: 

Və aleykum Salam. Kreditə kontur verən şöbə ilə əlaqəniz yoxdursa, maaşınız haram sayılmır. Uca Allah buyurur: "Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Məidə, 2).

Teqlər: 
Paylaş: