Başqası üçün qəza namazlarını qıla bilərəm?

    11.02.2014
Kimdən: 
Bəhruz
Sual: 
Yoldaşım dunyasın dəyişib.Qəza namazların qılıram.Mənim qılmaqım icazəlidir ya-yox.Saqlıqında namaz əhli idi
Cavab: 

Salam aleykum. Müsəlman ən yaxın adamları olsa belə özündən başqa kəslər üçün qəza namazlarını qılmamalıdır. Çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) nə özü belə etmiş, nə də insanlara bunu buyurmuşdur. Bu sonradan dinə gətirilən yeniliklərdir (bidət). Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Öləndən sonra insan üçün ən xeyirli olan bu üç şeydir; onun üçün dua edən əməlisaleh övlad qoyub getməsi, mükafatı kəsilməyən sədəqə və özündən sonra qoyub getdiyi faydalı elm".
Həmçinin o (salləllahu aleyhi və səlləm), belə demişdir: "Qulun yeddi əməli vardır ki, ölümündən sonra qəbirdə ikən ona yazıl­mağa davam edir; elm öyrətmək, su kanalı çəkdirmək, quyu qazmaq, xurma ağacı əkmək, məscid tikdirmək, Quran (nəşr edərək) miras qoymaq və ölümündən sonra onun üçün istiğfar edən bir övlad qoyub getmək".
Bu və digər hədislərdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) insanın öləndən sonra əməllərinin kəsildiyini xəbər vermiş və yalnız bu kimi əməllərin ona fayda verdiyini demişdir. Həmçinin, bu əməllərə ölən insanın borcunun ödənməsi, nəzir deyibsə, nəzirin yerinə yetirilməsi və insanların onun üçün Allahdan bağışlanma diləmələri daxildir. 

Teqlər: 
Paylaş: