Valideynlərim zəngli saata icazə vermədikləri üçün sübh namazına yatıb qalıram...

    28.04.2016
Kimdən: 
Gunel
Sual: 
Salam aleykum ve rehmetullah )valdeyinlerim namaz qilmagima narazidirlar,xosdarina gelmir )onlara gore sehe namazina dura bilmirem cunki budilnik qosmagima qoymurlar)namaz qilirsan deyin basqalarini yuxudan oyandirib narahat etme deyirler ) ne qeder edirem budilniksiz dura bilmirem)subh namazini vaxtinda qila bilmirem sizce gunahdirmi? Subh namazina vaxtinda oyanmaga baska bir yol ,dua varmi?
Cavab: 
Və aleykum Salam və rahmətullah. Sübh namazına vaxtında dura bilmək üçün ilk növbədə tez yatmaq lazımdır. Belə halda zəngli saatı özünüz eşidəcəyiniz az səslə də quraşdırmaq kifayət edir, həmçinin telefonun səsini azaldıb, namaz qılan dostlarınızdan sizə zəng etmələrini xahiş edə bilərsiniz. Namaza yatıb qaldıqda sübh namazını yuxudan duran kimi qılmaq lazımdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim nama­zını unu­dar­sa, qoy yadına düşən kimi onu qılsın. Unudulan namazın bundan başqa kəf­farəsi yoxdur". (Uca Allah buyurur): "Məni xatır­lamaq üçün namaz qıl!" (əl-Buxari, 597). Həmçinin oxuyun:
Sübh namazına vaxtında durmaq üçün nə etmək lazımdır? 
Teqlər: 
Paylaş: