İmam Mehdi artıq zühur edibmi?
Sual:
SALAM ALEYKUM.biz Azerbaycanda yaşayiriq.burda bezi insanlar deyirki IMAM ZAMAM aga artiq zuhur edib.sadece goze gorsenmir.ama deyirlerki bezi alimlerle guruşur.bu dogrudurmu..xais edirik cavabi elektron unvana gonderesiz.Allah sizden razi olsun.
Cavab:
Və aleykum Salam. Mehdinin nə vaxt zühur edəcəyi haqda yalnız Allah bilir. Lakin, onun alimlərlə görüşməsi düzgün deyil. Bunu iddia edənlər avam müsəlmanları özlərinə tabe etmək üçün belə şeylər deyirlər. Guya "həmin mollaya qarşı çıxmaq Mehdiyə qarşı çıxmaqdır". Əslində bunlar əsası olmayan uydurma şeylərdir. Belə şeylər insanları özlərinə tabe etmək üçün təbliğatdır ki, mollanın heç bir sözünü iki eləməsinlər. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) Mehdi haqda belə şeylər deməyib. Mehdi gələndə aydın şəkildə bilinəcək və gizlətməyə ehtiyac olmayacaq. Həmçinin, oxuyun:
İmam Mehdi necə zühur edəcək?
Mehdi və İsa peyğəmbər haqqında nə deyə bilərsiniz?