Allah əxlaqsızlığı yayan insanları niyə cəzalandırmır?
Sual:
Məşhur pornoulduzları Allah niyə cəzalandırmır? Yəni o zinakarları. Onlar həzz alırlAr həyatdan amma cəza almıllar Allah tərəfindən. Bəlkə Allah onların cəzasını axirətə saxlayıb? Cəhhənnəmdə əbədi qalacaqlar onlar?
Cavab:
Salam aleykum. Bu dünya sınaq dünyasıdır. Ona görə hər kəs özünə görə narahat olmalı, günahlardan çəkinməli və saleh əməl etməlidirlər. Dediyiniz insanlar şeytana və nəfslərinə tabe olublar və fani dünyanın keçici ləzzətlərinə aldanıblar. Uca Allah buyurur: "...Ey insanlar! Azğınlığınız yalnız sizin öz əleyhinizədir. Bunlar dünya həyatının keçici zövqləridir. Sonra isə dönüşünüz Bizə olacaq, Biz də nə etdikləriniz barədə sizə xəbər verəcəyik". (Yunus, 23). "Məgər verdiyimiz gözəl bir vədə (Cənnətə) qovuşan kimsə, dünya həyatının keçici zövqünü bəxş etdiyimiz, sonra da qiyamət günü Cəhənnəmə gətiriləcək kimsə ilə eyni ola bilərmi?" (əl-Qasas, 61). Ona görə bu cür çirkin günah sahiblərinin cəzasız yaşaması sizi aldatmasın. Axirət əzabı daha şiddətlidir. Pis yolda olanların işlərinin yaxşı getməsi haqqında Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurub: "Günahlarına baxmayaraq Uca Allahın bir qula dünya nemətlərindən istədiklərini verdiyini görsən, (bil ki,) həqiqətən, bu "istidrac"dır (Allahın onu tədricən əzaba sürükləməsidir)". Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Uca Allahın bu ayəsini oxudu: "Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar". (əl-Ənam 44)". (İmam Əhməd: "Zuhd", 62). Həmçinin oxuyun: Niyə görə pis yolda olanların işləri yaxşı gedir, mən isə əziyyət çəkirəm?