Duanı hansı dildə oxumaq yaxşıdır?

    12.02.2014
Sual: 
Salam Aleykum. Men bilmek isteyirdim ki her hansi bir duani ereb dilinde oxumaq daha yaxwi olar, yoxsa tercumesini yeni azerbaycan dilinde oxumaq daha yaxwi olar? Neise bir ferq var hansi dilde oxunmagina gore? Bir de Quran kitabini oxumaga bawlamaq isteyirem inwAllah, Allahin izni ile. Tercumesini oxusam olar?
Cavab: 

Aleykum salam. Qurani Kərimdə və Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) hədislərində olan duaları, həmçinin, müəyyən ibadət zamanı edilən duaları ərəb dilində oxumaq yaxşıdır. Bu dualar Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Allah tərəfindən nazil edilmişdir. Kim oxuya bilsə daha yaxşıdır. Amma öz dilimizdə də oxumaq da savabdır, çünki dua ibadətdir. Qurani Kərimi oxumaq da belədir. Quranı nazil edildiyi kimi ərəb dilində oxumaq daha yaxşıdır. Lakin ərəb dilində oxuya bilməyən kəslər onun mənalarını anlamaq üçün ana dilimizdə oxusunlar.    

Teqlər: 
Paylaş: