Qıldığım namazdan razı deyiləm, nə edim?

    12.02.2014
Kimdən: 
filoloq
Sual: 
men artiq sekkiz ildi namaz qilaram amma son zamanlar bele deyim öz namaz qılmagımdan razı dryilem.özumu cox gunahkar hiss edirem.düsünürem ki yaxsı qılsamda Allah qebul etmeyecek.amma bilirem günahım coxdu sizce men nece edim günahımdan azad olum?
Cavab: 

Salam aleykum. Sözsüz ki, günahlar insanın imanına, ibadətinə, yaxşı əməllər etməyinə öz mənfi təsirini göstərir. İslam alimləri günahların insana təsiri barəsində çox sayda kitablar yazmışlar. İnsan imana gəldikdə və yenicə ibadətə başladıqda sanki ona yeni bir ruh verilir və o, həvəslə ibadət etməyə, yaxşı işlər görməyə can atır. Bir müddətdən sonra bu həvəs tədricən azalmağa başlayır. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: "Həqiqətən, hər birinizin qəlbindəki iman paltar köhnəl­diyi kimi köhnəlir. Elə isə Allahdan qəlbinizdə olan imanı təzələməyi diləyin!" (əl-Hakim, 5).
Həmçinin, bəzi insanlar ibadətdə öz hislərinə çox fikir verirlər və əvvəllər etdikləri ibadətdə keçirdikləri hisləri indi keçirmədiklərinə görə öz ibadətlərindən narazı olur və elə bilirlər ki, bu Allah dərgahında qəbul olunmur. İbadət etdikdə və yaxşı əməlləri yerinə yetirdikdə hislərə fikir vermək lazım deyildir və bilmək lazımdır ki, namazın və digər ibadətlərin qəbul olunmasına hislərin əhəmiyyəti yoxdur. Biz Allahın qullarıyıq. İbadət etmək Allaha qul olmaqdır. Uca Allah hər bir müsəlmana gündə beş dəfə namaz qılmağı əmr edir. Biz də Onun müsəlman qulları olaraq hər gün halımızdan asılı olmayaraq Onun əmrini yerinə yetirməli və ibadətlərin qəbul olunmasını Allaha həvalə etməliyik. Həmçinin, bilmək lazımdır ki, Uca Allah ibadəti həvəssiz, yorğun halda, habelə xəstə olduqda, çətin şəraitdə yerinə yetirənə savablarını qat-qat artırır. Bu haqda çoxlu hədislər vardır. Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Çətin şəraitdə dəstəmazı kamil şəkildə almaq, məscidə piyada getmək və bir namazdan sonra digər namazı gözləmək günahları yuyub aparır". Çətin şərait dedikdə soyuq hava və ya xəstəlik nəzərdə tutulur. Həmçinin oxuyun: İmanı artırmaq üçün nə etməliyik?

Teqlər: 
Paylaş: