Günahlar nəticəsində imanım ölüb və ibadətlərimin dəyərsiz olduğunu düşünürəm...
Sual:
nefsime qul oldum,cox gunah işledim.allahi az andim.bunun neticesinde qəlbim ruhum imanim öldü.allahi qəlbimdə artiq hiss etmirem.qəlbim paslandi.ozümü çox bedbext hiss edirem.sanki qaranliqda azan kor bir şüursuz heyvanam .hal bu ki namaz orucum var.amma bilirem ki hec bir qiymeti yoxdur bunlarin allahin qatinda.men dunyanin en bedbext insanlarindan biriyem.allah meni gunahlarima gore iman nurunu besireti qelbimden cixartmaqla cezalandirdi.bunlari quran ayələrini oxumaqla anladim.qorxuram ki başima kiçik bir müsibet gelse kafir olaram .içimde boyuk sixinti boşluq ve vahime var.sanki allah mene nifret edir.menden üz donderib men buna layiqəm mənə başqalarinin dualari komək edə bilər ancaq .
Cavab:
Salam aleykum. Bunu sizə şeytan vəsvəsə verir ki, ruhdan düşəsiniz. Uca Allah haqqında gözəl zəndə olmaq lazımdır. Allah Elçisi (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Uca Allah buyurur: "Qulum Mənim barəmdə nə zənn edərsə, onu da edəcəyəm. Əgər o, xeyir zənn etsə, ona xeyir veriləcəkdir. Əgər o, şər zənn etsə, ona şər veriləcəkdir". (İbn Hibbən, 639). Siz belə şeylərə fikir verməyin və saleh əməlləri çoxaldın. Uca Allah qəddar deyildir, Rəhmlidir. Daha ətraflı:
Allahın bağışlayan olduğuna inanıram, amma məni bağışlayacağına inanmıram
Tövbə etsəm, Allah məni bağışlayarmı?
İmanı necə artırmaq olar?
Günahı necə tərgitmək olar?
Allahın bağışlayan olduğuna inanıram, amma məni bağışlayacağına inanmıram
Tövbə etsəm, Allah məni bağışlayarmı?
İmanı necə artırmaq olar?
Günahı necə tərgitmək olar?