Peyğəmbər namazda özünə salavat deyərdi?

    25.04.2016
Kimdən: 
Nicat
Sual: 
Salam aleykum. Namazlarda son ruketde tesehhudde ettehiyyetunu dedikden sonra, Allahumme salli ale Muhammedin deyirik. Buna aid hedis varmi? Resulullah sellallahu aleyhi ve sellem namaz qilarken ozu Allahumme salli ale Muhammeden deyerdimi? Allah razi olsun.
Cavab: 
Və aleykum Salam. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) namaz qılanda təşəhhüddə nə deyirdisə, hədislərdə də elədir. Bu da onu göstərir ki, o təşəhhüddə özünə salavat deyərdi. Aişə (Allah ondan razı olsun) deyir: "Biz Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) üçün misvak və dəstəmaz suyu hazırlayırdıq. Allah, gecə istədiyi vaxt onu oyatdırar, o da qalxıb misvaklanar və dəstəmaz alardı. Sonra doqquz rükət namaz qılardı. Rükətlərin heç birində əyləşməzdi. Yalnız səkkizinci rükətdə oturar və Rəbbinə dua edər, Peyğəmbərinə salavat deyərdi. Sonra salam vermədən ayağa qalxardı. Sonra doqquzuncu rükəti qılar və oturardı. Sonra Rəbbinə həmd edər, Peyğəmbərinə salavat deyər, dua edib salam verərdi…". (Muslim, 746). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) birinci və digər təşəhhüdlərdə özünə salavat deyərdi. (Əbu Avanə, 2/ 234).
Teqlər: 
Paylaş: