Zikr edəndə və Quran oxuyanda dayanmadan əsnəmək gələndə əsnəmək olarmı?
Sual:
Zikr,sure oxuyarken ve dua ederken esnemek olarmi? Men bulari edende mene dayanmadan esnemek gelir
Cavab:
Salam aleykum. Əsnəmək günah deyil, sadəcə əsnədikdə ağızı tutmaq lazımdır. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Biriniz əsnəyəcəyi zaman gücü nisbətində onu aradan qaldırmağa çalışsın. (Ağzını açaraq "haah" deməsin). Çünki bir kimsə əsnədiyində şeytan ona gülər". (əl-Buxari "Ədəb", 125). Digər rəvayətdə deyilir: "Əsnəmək şeytandandır. Buna görə də sizdən hər hansı biriniz əsnəyəcəyi zaman gücü çatdığı qədər onu tutsun". (Muslim, 2994). Əsnəməyin çox olması sizi zikr etmək, Quran oxumaq və dua etməkdən qoymasın.