Uşağımın ölümündə özümü günahkar bilirəm...
Və aleykum Salam. Bu çox ağır itkidir. Allah onlara rəhmət etsin. Onların dünya həyatı bu vaxt dayanmalı imiş. Lakin, siz özünüzü günahkar çıxartmayın. Gələcəyi yalnız Allah bilir. Sizə bu avtomobil qəzasını qabaqcadan bilə bilməzdiniz. Onlar üçün dua edin. O ki, qaldı uşağınıza, insanların ondan razı olması onun üçün xeyirdir. Belə ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Hər hansı bir müsəlman qul ölərsə və yaxın qonşularından üç ev camaatı onun yaxşılığına şahidlik edərsə, Allah da belə buyurar: "Mən bu bəndələrimin öz bildikləriylə əlaqəli olaraq etdikləri şahidliyi qəbul etdim və (onların bilməyib) mənim bildiyim şeyləri (qulumun qüsurlarını da) bağışladım". (İmam Əhməd, 2/384-408).
Ənəs (Allah ondan razı olsun) demişdir: "Bir gün səhabələrin yanından keçən bir cənazə haqqında tərifləlayiq ifadələr söylədilər. Bunun üzərinə peyğəmbərimiz "vacib oldu" deyə buyurdu. Sonra başqa bir cənazənin yanından keçdilər və onun haqqında pis sözlər söylədilər və bunun üzərinə peyğəmbərimiz yenə "vacib oldu" buyurdu. Ömər (Allah ondan razı olsun), "Ya Rəsulullah! Vacib olan nədir?" deyə soruşduqda, peyğəmbərimiz "Bunu xeyirlə yad etdiniz, ona cənnət vacib oldu; bunu da pisliklə yad etdiniz ona da atəş (cəhənnəm odu) vacib oldu. Siz Allahın yer üzündəki şahidlərisiniz" - deyə buyurdu. (əl-Buxari "Cənaiz", 86).
Peyğəmbərin (salləllahu aleyhi və səlləm) qızının uşağı ağır xəstələnmişdi. Uşağın anası Peyğəmbərə xəbər göndərdi ki, uşağım ölüm ayağındadır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) xəbər gətirən adama dedi: "Get, ona de: "Şübhəsiz ki, Allahın aldığı da, verdiyi də Özünə aiddir. Onun yanında hər şeyin öz müəyyən əcəli var. Səbir et və (bunun əvəzinə Allah yanında, mükafat qazanacağına) ümid bəslə!" Xəbərçi (Zeynəbin) yanına qayıdıb bunu ona söylədi. (Zeynəb): "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) mütləq gəlsin" - deyə, and verib xəbərçini (yenə) onun yanına göndərdi. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qalxıb səhabələrindən (Allah onlardan razı olsun) bir neçəsi ilə onun yanına gəldi. Onların arasında Sə'd ibn Ubadə (Allah ondan razı olsun) də var idi. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) körpəni qucağına alıb bağrına basdı. Körpənin köksündən quru və boş su qabından çıxan səs kimi səs çıxırdı. Onda Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) gözləri yaşla doldu. (Bunu görəndə) Səd dedi: "Sən də ağlayırsan, (ya Rəsulullah)?! Axı, sən Allahın Rəsulusan!" Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurdu: "Ona yazığım gəlir deyə ağlayıram. Həqiqətən, Allah Öz qullarından yalnız rəhmli olanlara rəhm edir". (əl-Buxari, 1284).
Biz də sizə də səbr diləyirik. Allah sizə kömək olsun! Həmçinin oxuyun: Cənnətdə ailəmizlə birlikdə yaşayacağıq?