Fatihə surəsini oxumayan namazı yenidən qılmalıdır, yoxsa yalnız həmin rükəti yenidən qılmalıdır?

    04.05.2016
Sual: 
salam aleykum "Bu rüknlərdən hər hansı birini bilərəkdən tərk edənin namazı batil olur. Lakin səhvən bu rüknlərdən bəzilərini tərk edən tərk etdiyi rüknə görə yenidən bir rükət əlavə qılmalı və səhv səcdəsi etməlidir. Namazı çox tez qılan, yaxud ayaq üstə qılmaq imkanı ola-ola oturaq qılan və yaxud ilk təkbiri etməyən namazı yenidən tam qılmalıdır." Bu sizin saytinizda yazilib ama men bildiyim qeder namazin rukunlari sehven buraxildiqda yeniden qilinmalidir mes:fatiheni demeyi unutsa yeniden qilmalidir axi fatihe namazin esasidir.Ama siz deyirsizki elave 1 ruket qilmali sonra sehv secdesi getmelidir /bu dogrudurmu?axi namazi yeniden qilmalidir
Cavab: 

Və aleykum Salam. Namaz qılanda hansısa bir rükətdə Fatihə surəsini unudaraq oxumayan insan namazın həmin rükətini qılıb namazı tamamlamalıdır. Qəsdən Fatihə surəsini oxumayan insan isə siz dediyiniz kimi namazı yenidən qılmalıdır. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Fatihə surəsini oxumayanın namazı da yoxdur". (əl-Buxari, 756). Həmçinin, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazını düzgün qılmayan kişiyə Fatihə surəsini oxumağı əmr etmiş, sonra isə belə demişdir: "Sonra bunu bütün namazında et". (əl-Buxari, 6251).

Teqlər: 
Paylaş: