Ali-İmran surəsi 18 və 19-cu ayələrin fəziləti haqda hədis deyə bilərsiniz?

    25.05.2016
Kimdən: 
togrul
Sual: 
assalumu aleykum ali imran suresinin 18,19 ayetlerin fezileti haqqda melumat hedis ne olursa cox vacibdi allah razi olsun.
Cavab: 

Və aleykum Salam. Uca Allah buyurur: "Allah Özündən başqa ibadətə layiq olan məbudun olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də şahidlik etdilər. Allah əbədi olaraq ədalətli olmaqdadır. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Müdrikdir. Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, bilsin ki, Allah tez haqq-hesab çəkəndir". (Ali-İmran, 18-19). Bu ayələrin xüsusi olaraq fəziləti barəsində bir məlumat yoxdur. Bu ayələrin fəziləti haqda olan rəvayətlər isə zəifdir.

Teqlər: 
Paylaş: