Övrət yerinin təmizlənməsi haqqında videoya baxmaq olarmı?
Sual:
Cinsi orqan nece temizlenir?
Salam menim 14 yasim var.Internetden oxuduguma gore cinsi orqan tukleri temizlenmelidir.Lakin bunu bilmediyim ucun internetden bunun nece edildiyine baxmisam.Bu haramdir?
Cavab:
Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Beş şey fitrətdəndir: "Övrət yerinin tüklərini qırxmaq, sünnət olunmaq, bığları qısaltmaq, qoltuq altı tüklərini yolmaq (və ya qırxmaq), dırnaqları tutmaq". (əl-Buxari; Muslim). Amma təmizlənmək üçün belə videolara baxmaq qadağandır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Başqasının övrət (ayıb) yerini görməkdənsə, mənim üçün başımın dəmir bizlə deşilməsi daha xeyirlidir". (əl-Buxari; Muslim və ət-Tirmizi). Ona görə də tövbə edərək bir daha belə etməyin.