Qəza namazını qısaldıb 2 rükət qılmaq olarmı?
Sual:
Salam aleykum. Yeddinci sinifdə oxuyuram. Zöhr və əsr namazlarını qəza olaraq qılıram. Bəzi vaxtda şam namazını saat 9-10 arası qılıram. günorta məktəbdə olduğum ücün olarmı zöhr və əsr namazlarını 2 rükət qılım? Təşəkkür edirəm sizin saytınıza.
Cavab:
Aleykum salam. Zərurət halında zöhrlə əsr, həmçinin məğriblə işa namazlarını birləşdirmək olar. Namazları qısaltmağa gəldikdə isə buna yalnız səfərdə və döyüşdə icazə verilib. Çalışın, günorta imkan tapıb, zöhr və əsr namazlarını birlikdə qılın. Həmçinin, bilmək lazımdır ki, Uca Allah ibadəti həvəssiz, yorğun halda, habelə xəstə olduqda, çətin şəraitdə yerinə yetirənə savablarını qat-qat artırır. Bu haqda çoxlu hədislər vardır. Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir: “Çətin şəraitdə dəstəmazı kamil şəkildə almaq, məscidə piyada getmək və bir namazdan sonra digər namazı gözləmək günahları yuyub aparır”.