Əgər bir nəfər mənə cadu edibsə, ona cadu etdirə bilərəm?
Sual:
1.Əgər biri cadu eliyibse men ne ede bilerem?:|.Evdə söz söhbet çox olur cadu eliyiblər.Bunu eliyen ise en yaxın qohumumdu.Həmin adam isə namaz qılandır.
Cavab:
Salam aleykum. Bu həlak edən günahlardandır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Həlakedici yeddi günahdan çəkinin!" Soruşdular: "Ya Rəsulullah, nədir onlar?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Allaha şərik qoşmaq, cadugərlik etmək, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etmək, sələm yemək, yetimin malını yemək, döyüş meydanından qaçmaq vəzinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham etmək". (əl-Buxari, 2766). Cadu edənə cadu etdirməklə cavab vermək də eyni günahdan sayılır. Namaz qılanın cadu etməsi isə daha dəhşətdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Sizə kimin mömin oduğunu bildirimmi? Mömin - insanların canlarına və mallarına görə ondan arxayın olduqları kimsədir. Müsəlman - müsəlmanların onun əlindən və dilindən salamat olduqları kimsədir. Mücahid – itaətdə nəfsilə mübarizə edən kimsədir. Mühacir – asilikləri və günahları tərk edən kimsədir". (əl-Hakim, 24). Əgər müsəlmanın əlindən və dilindən başqalarına zərər dəyməməlidirsə, görün cadu etdirən nə boyda günah etmiş olur. Həmçinin oxuyun:
Cadudan necə qorunmaq olar?
Sevdiyim xanımın məni sevməsi üçün cadu etmək olarmı?
Cadudan necə qorunmaq olar?
Sevdiyim xanımın məni sevməsi üçün cadu etmək olarmı?