Cənnətin, yoxsa Cəhənnəmin əhalisi çox olacaq?
Sual:
Salam sizə bir neçə sualım olacaq:
1) Allahı zikr edərkən və Allaha dua edərkən üzü qibləyə çevirməmək günah sayılır ?
2) Allahı zikr və Allaha dua etməzdən əvvəl mütləq dəstəmaz və qüsl almalıyıq ?
3) Axirət günündə cənnətin yoxsa cəhənnəmin əhalisi çoxluq təşkil edəcək ?
4) İnsanın evlənməkdən imtina etməsi günah sayılır ?
5) İşlərimin yolunda getməməsi Allahın məni imtahan etməsi ilə bağlıdır ?
6) Namaz qılmayan insanın zikrləri, duaları, etdiyi yaxşılıqları qəbul olunurmu ?
7) Böyük və kiçik günahlara nələr daxildir ?
Cavab:
Və aleykum Salam.
1-2. Zikr və dua edərkən qibləyə çevrilmək, dəstəmaz və ya qüsl almaq vacib deyil, lakin bunlar duanın ədəblərindəndir. Daha ətraflı: Duanın ədəbləri
3. Qiyamət günü Cəhənnəm əhli daha çox olacaq. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Qiyamət günü Uca Allah: "Ey Adəm!" - deyə buyuracaq. Adəm (aleyhis-sələm) deyəcək: "Buyur, hüzurundayam və əmrinə müntəzirəm. Xeyir yalnız Sənin Əlindədir!" Uca Allah buyuracaq: "Cəhənnəmə vasil olacaq kimsələri ayır!" Adəm (Allahın ona salamı olsun) deyəcək: "Cəhənnəmə vasil olanların (sayı) nə qədərdir?" Uca Allah buyuracaq: "Hər min nəfərdən doqquz yüz doxsan doqquzu (Cəhənnəmə gedəcək)". "O zaman uşaqların saçları ağaracaq, hamilə qadın bətnindəkini salacaq, insanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Ancaq Allahın əzabı çox şiddətlidir". (əl-Həcc, 2). (Əshabələr) (radıyəllahu anhum) dedilər: "Ey Allahın Elçisi, hansımız o bir nəfərlərdən olacaq?" Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurdu: "Sevinin! Heç şübhəsiz ki, bir nəfər sizdən, doqquz yüz doxsan doqquz nəfər isə Yəcuc və Məcuc tayfalarından olacaq". Sonra davam edib dedi: "Canım Əlində olan Allaha and olsun ki, mən sizin Cənnət əhlinin dörddə birini təşkil edəcəyinizə ümid edirəm". Biz: "Allahu Əkbər" - dedik. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Mən sizin Cənnət əhlinin üçdə birini təşkil edəcəyinizə ümid edirəm". Biz (yenə): "Allahu Əkbər" - dedik. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Mən sizin Cənnət əhlinin yarısını təşkil edəcəyinizə ümid edirəm". Biz (yenə): "Allahu Əkbər" - dedik. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "(O gün) siz (say etibarilə) insanlar arasında, ağ öküzün dərisindəki qara tük və ya qara öküzün dərisindəki ağ tük kimi olacaqsınız". (əl-Buxari, 3099).
4. Evlənmək vacib əməllərdən sayılır və səbəbsiz olaraq bu əməldən imtina etmək günahdır. Daha ətraflı:
Ailəsi dağılanın subay qalması, yoxsa yenidən evlənməsi daha savabdır?
5. Ümumən bütün dünya həyatı imtahandır. Daha ətraflı: "Allah sevdiyi bəndələrini həmişə sınağa cəkir" sözü doğrudur?
6. Namaz qılmayan insan özünü İslama isnad edib müsəlman sayırsa, onun hər bir xeyir əməli savabdır. Lakin, Allahın haqqı olan namazı qılmamasına çox böyük günah qazanır və digər xeyirli əməllər namazı əvəz etmir. Daha ətraflı: Namaz qılmayan cənnətə girə bilərmi?
7. Ümumən, hansı günah barədə Quranda və hədislərdə Cəhənnəm əzabı vəd olunubsa və ya lənət edilibsə, böyük günahlardan sayılır. Bu məqaləni oxuyun: Həlakedici günahlar