Mən qırx gün ərzində dua etməliyəmsə, hər gün qüsl almalıyam?

    14.05.2016
Sual: 
Salam.40 gun erzinde bir dua oxumaliyam.her defe gusul almaq vacibdi?
Cavab: 

Və aleykum Salam. Belə bir şey dinimizdə yoxdur. Özünüzə əziyyət verməyin. Allah bizdən əziyyət istəmir, Ona və Onun elçisinə itaət istəyir. Uca Allah bizə asan bir din bəxş edib. Elə bir din ki, az bir əməl ilə çox savab qazandırı. Az olub dinə uyğun olan əməl, çox olub dindən olmayan (bidətdən) əməldən üstündür. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) nə qırx gün ərzində müəyyən bir dua, nə də qırx günün hər günündə qüsl almaq qaydasını deməyib. Həmçinin, oxuyun: 
Bidət nədir?
Qüsl necə alınır və onu pozan amillər hansılardır?

Teqlər: 
Paylaş: