Qaynatamla küsülü qalmışam, nə edim?

    25.05.2016
Kimdən: 
Leman
Sual: 
Salam.Men namazlarimi calisiram axsatmayim.Calisiram pis davranmayim hec kime.Adi bir seyin uste qaynatam mene redd ol bu evden deyib.mense hec ne demedim ve getmedim.Yoldasim ve qaynanam onun haqsiz olduguycun meni getmeye qoymadilar.6aydi kusuluyuk.Ureyim cox qirildi.men haqli oldugumcun hec kimi meni barisiga sovq etmir.bilirler ki.pis incimisem.danismiriq amma xestelenende men baxmisam ona.Qeti danismiriq.Bunun gunahi mene ne derecededi? Men ne etmeliyem? Qeyd edim ki.qeti men danisdira bilmerem birinci onu.Siz deyirsiz ki birinci salam veren xeyirli momunlerdendi.duzdu.amma bacarmayacam bunu.Neyleyim bes????Qaynatam deyir men ateistem.amma gizli yasin oxuyur.o muselmandirmi?
Cavab: 

Və aleykum Salam. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Asanlaşdırın, çətinləşdirməyin. Rahatlaşdırın (müjdələyin), nifrət oyatmayın". (əl-Buxari, 69). Ola bilsin, bu sizə ağır gələ bilər. Amma kiçik olduğunuza, ərinizin atası olduğuna görə barışmaq üçün birinci addımı sizin atmağınız məsləhətdir. Bəlkə də, sizin hərəkətiniz onun qəlbinin sizə qarşı yumşalmasına səbəb oldu. Həmçinin, axı siz onu kimi düşünən deyilsiniz. Bizi Yaradana inanır, Ona ümid edir, Onun bağışlayan olduğunu bilirsiniz. Siz bağışlayın, güzəşt edin ki, sizə də güzəşt edilsin.
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Rəhm edənlərə Mərhəmətli Allah rəhm edər. Yerdəkilərə rəhm edin ki, göydəki Allah sizə rəhm etsin!" (Əbu Davud, 4941).
Həmçinin, küsülü qalmağınız qohumluq əlaqələrinin saxlanılmasının əksinədir. Qohumluq əlaqələri isə qorunacaq mühüm münasibətlərdəndir. Belə ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: "Qohumluq əlaqələrini möhkəmlətmək malı çoxaldır, ailədə mehribanlıq yaradır və ömrü uzadır". (ət-Tabərani, 7810).
Belə olan halda siz bunları bilirsiniz, o isə bütün bunlardan xəbərsizdir. Onun dini cəhətdən elmsiz olması sizin güzəşt edib barışığa getməyinizə bir səbəb olmalıdır. Həmçinin, barışığa getməməyiniz qəlbdə kinin olmasına gətirib çıxara bilər. Bu da sizə zərərdir. Allah kömək olsun. Həmçinin, oxuyun: 
Qohumluq əlaqələrini kəsmək və ya küsülü qalmaq
Qaynanamla yola getmirəm, nə edim?

Teqlər: 
Paylaş: