İqamənin müstəhəb olmasına aid hədis yaza bilərsiniz?

    26.05.2016
Kimdən: 
Nala
Sual: 
Salam aleykum sizden xahis edirem igamenin tekrarlanmasi mustehebdir emel olmasi hagginda hedis yaza bilersiz . Allah razi olsun !
Cavab: 

Və aleykum Salam. İbn Məsud (Allah ondan razı olsun) deyir: "Xəndək döyüşü olan gün müşriklər Peyğəmbəri (salləllahu aleyi və səlləm) gecədən xeyli keçənə qədər dörd namazdan yayındırdılar. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Bilala azan verməyi əmr etdi. Sonra iqamə verib zöhr namazını qıldı. Sonra yenə iqamə verib əsr namazını qıldı. Sonra iqamə verib məğrib namazını qıldı. Sonra iqamə verib işa namazını qıldı". (ət-Tirmizi, 179). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) namaz fərz namazlarını qılarkən həmişə iqamə deyilməsini əmr edərdi. Camaat namazında azan və iqamə demək hər bir halda vacibdir. Yəni, camaaatın içindən bir nəfər iqamə deməlidir. Tək namaz qılan üçün isə müstəhəbdir. Qadınlara azan və iqamə vermək vacib deyildir. Lakin səs­lə­ri­ni çox uca qaldır­madan bunu etmələri müstəhəbdir. Azan və iqaməsiz namaz qılan cama­atın namazı səhih hesab olu­nur, lakin vacibi tərk etdiyinə görə tövbə etməsi lazım gəlir. Unutqanlıqdandan və ya bilmə­yərək­dən bunu edənlər isə müs­təsnadır. (“Namazla əlaqəli mü­hüm fətvalar”, səh: 32-33). Əgər azan verməyə şərait yoxdursa, asta səslə də olsa azanı vermək lazımdır.

Teqlər: 
Paylaş: