Kəbin ola-ola ayrılsaq, o kəbin etibarlılığını itirir?

    04.06.2016
Kimdən: 
Üzeyir
Sual: 
Salam əleyküm adım Üzeyirdir.Mən 3il bundan əvvəl bir xanımla nişanlanmişdım.Nişandan sonra qızın atasının istəyi və iştirakıyla dini kəbin kəsdirdik.Elə həmin vaxt qaynatam özü kəbin kağizini mənə verdi ki səndə qalsın.Elə oldu ki bizim rəsmi nigahımız olmamiş xirda söz söhbətlərə görə qiz tərəfi nişanı qaytardı amma kəbin hec kimin yadına düşmədi.Bilmək istəyirəm bizim kəbin geri oxunmalidir ya yox ?Mən xanıma mehir verməliyəm ? Qız tərəfinin ciddi əsas olmadan bu cür hərəkət etməyə haqqı varmı ? Mən kəbinin geri oxunmasina razılıq verməsəm kəbin həmişəlik pozulmamiş qalir yoxsa xanımın istəsə geri oxutdura bilər
Cavab: 
Və aleykum Salam. Əgər valideynlərin qarşılıqlı razılığı ilə ayrılmısınızsa, siz boşanmış sayılırsınız, yəni kəbininiz qüvvədən düşür. Həmçinin, kəbin kəsiləndən sonra kişi ilə qadın arasında cinsi yaxınlıq olubsa, qeyd edilmiş mehr qadına verilməlidir. Yox olmayıbsa, mehrin yarısı qadına verilir. Xırda şeylərə görə boşanmaq düzgün sayılmır və bunu edən adam günah qazanır. Həmçinin, oxuyun: Ərimlə aramızda bəzi dini məsələlərə görə mübahisələr yaranır...
Teqlər: 
Paylaş: