Namaz qıldıqda surələr hansı ardıcıllıqla oxunmalıdır?
Və aleykum Salam. Namazda imamı qabaqlamağa icazə verilmədiyi kimi, çox gecikmək də olmaz. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Başını imamdan öncə qaldırdan şəxs qorxmurmu ki, Allah onun başını eşşək başına, yaxud surətini eşşək surətinə çevirər". (əl-Buxari, 691). Salamdan qabaq çoxlu dua etmək istəyirsnizsə, bunu sünnə namazlarında edə bilərsiniz, çünki bu əlavə namazlar tək qılınır və onu istədiyiniz qədər uzada bilərsiniz. Həmçinin, surələri ardıcıllıqla qılmamaq icazəlidir. Buna dəlil aşağıdakı hədisdir: Rəvayət edilir ki, Huzeyfə demişdir: “Bir gecə Allah Elçisi - salləllahu aleyhi və səlləm - ilə gecə namazı qıldım. Namazı əl-Bəqərə surəsi ilə başladı və yüz ayə oxudu, lakin ruku etmədi və davam etdi. Dedim: “Yəqin iki rükətdə (əl-Bəqərə surəsini) tamamlayacaq”. Sonra yenə davam etdi. Dedim: “Yəqin tamamlayacaq sonra ruku edəcək”. Sonra yenə davam etdi və ən-Nisa surəsinə oxudu. Sonra Ali-İmran surəsini oxudu. Sonra ruku etdi və rukuda belə dedi: “Subhənə Rabbiyəl-Aziym, Subhənə Rabbiyəl-Aziym, Subhənə Rabbiyəl-Aziym”. Sonra başını qaldırdı və dedi: “Səmi Allahu limən həmidəh, Rabbənə ləkəl-həmd” və qiyamı uzatdı. Sonra səcdə etdi, səcdələrini uzatdı və səcdələrdə belə dedi: “Subhənə Rabbiyəl-Əalə, Subhənə Rabbiyəl-Əalə, Subhənə Rabbiyəl-Əalə”. Hər dəfə Allahdan qorxmaq və təzim ayələrini oxuduqda, Onu zikr edərdi”. (ən-Nəsai, 1133).