Peyğəmbərin Cəbraili öz görkəmində görməsini inkar etmək olarmı?

    01.06.2016
Sual: 
Necm suresine esasen cebrail 2defe oz simasnda peygenbere nazil olub 4alim aciqlayib mekarim sirazi inkar edr niye?
Cavab: 
Salam aleykum. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Cəbraili iki dəfə Cəbrailin öz qiyafəsində görüb. Bunu inkar etmək Quran ayələrini inkar etməkdir. Bu isə ən böyük günahlardandır. Uca Allah buyurur: "Bunu ona çox qüvvətli olan öyrətdi – gözəl görünüşlü Cəbrail. O, yüksəlib öz surətində göründü. O, ən uca üfüqdə idi". (ən-Nəcm, 5-7); "O, Cəbraili aydın üfüqdə gördü". (ət-Təkvir, 23).
Teqlər: 
Paylaş: