Şeytan oddan yaradılıbsa, od ona necə təsir edə bilər? Elçilik, nafilə oruclar, Cəhənnəmə düşmək və s. suallar...

    15.06.2016
Sual: 
Salam1Şeytan tüstüsüz oddan yaranıb.Şeytan yeridə cəhənnəm olacaq.Bəs şeytan oddan yaranıbsa onu odla necə cəzalandırmaq olar?2Elçilikdə Allahın əmri peyğəmbərin izni ilə sözünü demək olar?3Mən 1-ci və 4-cü günlər oruc tutmaq istəyirəm.Amma evdəkilər razı deyil.Yəni sahura durmaqda problem olacaq.Olar ki,Sahura durmayım?Bircə iftar edim.Bu günah sayılmaz?4Hicabın bağlanması qaydası mövzusunda video paylaşsaydız çox sevinərdim.5Hərkəs cəhənnəmə gedəcək?Eşitmişəmki hamı ilk növbədə cəhənnəmə gedəcək.6Rəbbimiz Allahdır! linkinin niyə ardı yoxdu.7Mən nəyinsə müqabilində nəzir etmişəm.Sonram bildimki bu düzgün deyil.İndi mən dediyim nəziri etməyə borcluyam.Amma hələ etdiyim dua gerçəkləşməyib.
Cavab: 

Və aleykum Salam.
1. Cinlər oddan yaradılıb, amma bu o demək deyil ki, od onlara təsir etməyəcək. Necə ki, İnsan torpaqdan yaradılıb, lakin ona torpağı bərk vuranda təsir edir. Ona görə də sizi cinlərin oddan yaradılması çaşdırmasın.
2. Elçilikdə "Allahın əmri və Peyğəmbərin izni ilə" yox, "Allahın əmri və Peyğəmbərin sünnəsi (yolu) ilə" demək düzgündür. Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) izni ilə demək qadağandır, çünki hər şey yalnız Allahın izni ilə olur.
3. Bu günah sayılmasa da sünnəni tərk edib xeyirdən məhrum olursunuz. Həmçinin, səhursuz oruc tutmaq çətindir. Əgər tuta bilərsinizsə, orucunuz sayılır. Daha ətraflı:
İmsaka dura bilməyəndə orucumu nə edim? 
4. Allahın izni ilə gələcəkdə bu təklif nəzərə alınacaq.
5. Uca Allah buyurur: "İçinizdən hər kəs oraya varid olacaqdır. Bu, Rəbbinin əzəldən müəyyən etdiyi qəti bir qərardır. Sonra Biz müttəqiləri oddan xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik". (Məryəm, 71-72). Qiyamət günü Sirat körpüsü Cəhənnəmin üzərindən qurulacaq. Möminlər oradan Cəhənnəmi görərək keçəcəklər. Kafirlər isə bu körpüdən keçə bilməyib Cəhənnəmə düşəcəklər. Bu barədə nəql olunan səhih hədislər açıq-aydın göstərir ki, "vurud" (varid olacaqdır) kəlməsinin mənası Cəhənnəmin üzərində olan sıratın üzərindən keçməkdir. Qüdrətli Allah bizi Cəhənnəmdən qorusun. İnsanlar onun üzərindən keçəcəkdir və onların bu körpünün üzərindən keçmə sürətləri dünyada etdikləri savab əməllərinə müvafiq olacaqdır.
6. Sual aydın deyil.
7. Əgər etdiyiniz bu niyyət halal əməllərdən ötrü olan niyyətdirsə, onda həmin nəziri yerinə yetirib, Allahdan nəzir etdiyiniz bu niyyətin həyata keçməsini gözləməlisiniz. Həmçinin oxuyun: Niyyət edib qurban kəsmək günahdır?

Paylaş: