Qaynatam mənə və övladıma çox zülm edib...

    18.06.2016
Kimdən: 
Adsiz qadin
Sual: 
Salam. Cavaba gore evvelceden tesekkurler. Menim cox qisa muddetli cox pis ailem oldu. Sonra 1 yetimle dul qaldim. Qaynatam ovladimin haqqini yedi, sonraki ovladlarina, gelnine her seyin en yaxshisini edir. Amma men tergide bilmirem, ureyimde ele hey deyirem Allah menim, balamin ahini yerde qoymasin. Allah cezanizi versin deyirem,yeni doze bilmirem, Allah hec cezalandirmir. Men indi ne edim? Niye mezlumun haqqini yeyen, meni bedbext etmekle anladi ki kulfet icine gelin getirmek olmaz. Indi gelnini ayrica eve getirib. Mene her cur iftira qoshdu, yetimimin malini vermir, 1 gun bele xosbext ailem olmadi. Hem de bezen sevinirem yaxshi ki oglu oldu, menim canim onlardan qurtardi. Bunlar gunahdi?
Cavab: 
Və aleykum Salam. Sizə zülm etmiş insanlardan Qiyamət günü öz haqqınızı alacaqsanız, Uca Allah heç bir məzlumun haqqını yerdə qoymayacaq. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Qiyamət günü hər kəsin haqqı veriləcək; hətta buynuzsuz qoç buynuzlu qoçdan (onu vurduğuna görə) öz haqqını alacaq". (Muslim: "əl-Birr vas-Sılə val-Ədəb", 4679). Daha ətraflı: Qul haqqı barədə
Günahkarların cəzasını Uca Allah bu dünyada, axirətdə və ya hər ikisində verə bilər. Müsəlmana dünyada baş vermiş hər bir müsibət onun axirət cəzasını yüngülləşdirir. Siz çoxlu namaz qılın, günahlardan çəkinin və Allaha çox dua edin ki, sizə dünyada və Cənnətdə gözəl ailə nəsib etsin. Daha ətraflı:
Dualarımın qəbul olması üçün nə nə edim?
Səbr edənlərə müjdə ver!
Başıma gələn müsibətlərə görə doğru yolda olmaq mənə çətin gəlir...
Teqlər: 
Paylaş: