Xəstəlik sınaqdır, yoxsa cəza?

    15.06.2016
Kimdən: 
anonim
Sual: 
Salam.men çox xesteyem.xesteliksiz bir günümde yoxdu.bilmek istiyerdimki Allah meni slnlylr.yoxsa cezalsndlrlr.
Cavab: 
Və aleykum Salam. Siz heç narahat olmayın və səbir edin, çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) xəstə müsəlmanlara bir çox müjdələr verib.
Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Bir qul xəstələndikdə Uca Allah onun yanına iki mələk göndərərək buyurur: "Onu ziyarət edənlərə nə söylədiyinə baxın!" (Ziyarət edənlər) onun yanına gəldikdə, o, Allaha həmd-səna etsə, mələk­lər - Allahın daha yaxşı bildiyi halda - bu (sözləri) Allaha yüksəl­dirlər. Uca Allah buyurur: "Qulumu vəfat etdirəcəyim təqdirdə Cən­nə­tə daxil edəcəyimi, sağaldacağım təqdirdə isə ətini daha yaxşı ət ilə, qanını da daha yaxşı qan ilə dəyişdirəcəyimi və günahlarını bağışlayacağımı Özümə vacib etdim". (İmam Malik "əl-Muvatta", 3465).
Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: "Bir dəfə mən Ummu Abdullah bint Əbu Zubab (Allah ondan razı olsun) xəstə ikən onu ziyarət etmək üçün yanına daxil oldum və o, mənə dedi: "Ey  Əbu Hureyra, mən Ummu Sələmə (Allah onlardan razı olsun) xəstə ikən onu ziyarət etmək üçün yanına getmişdim. O, mənim əlimdəki yara­nı görüb dedi: "Allah Elçisinin (salləllahu aleyhi və səlləm) belə buyurdu­ğunu eşitdim: "Allah qulunu onun xoşlamadığı bir şeylə imtahan edərsə, o, bəladan yaxa qur­tarmaq üçün Uca Allahdan qeyrisindən yardım diləmədiyi müd­dətdə hə­min bəlanı onun üçün günahlardan təmizlik və kəffarə edər". (İbn Əbi əd-Dunyə "əl-Mərad val-Kəffərat", 43).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) de­miş­dir: "(Mömin) bəndə xəstə­ləndiyi və ya səfərdə olduğu zaman ona evin­də və sağlam olarkən et­di­yi əməllərin savabı yazılır". (əl-Buxari, 2996).
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki: "Bir nəfər: "Ey Allahın Elçisi! De görüm başımıza gələn bu xəstəliklərin bizim üçün nə faydası var?" - deyə soruşdu. Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Günahlara kəf­fa­rə­dir". Buna rəğmən Ubeyy ibn Kə'b (Allah ondan razı olsun) soruşdu: "Ey Allahın Elçisi, az da olsa?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Kiçik bir tikan da olsa". Əbu Səid (Allah ondan razı olsun) dedi: "Ubeyy ibn Kə'b həcc, ümrə, Allah yolunda cihad və camaatla qılınan fərz olan namazlardan ayrılma­maq şərtilə ölənə qədər xəstəliyinin özündən getməməsi üçün dua etdi". Əbu Səid (Allah ondan razı olsun) sözünə davam edərək dedi: "Bundan sonra onun dərisinə toxunan hər kəs onun hərarətini hiss edirdi. Bu hərarət ölənə qədər davam etdi". (Əbu Ya'lə, 995). Həmçinin oxuyun: 
Niyə görə pis yolda olanların işləri yaxşı gedir, mən isə əziyyət çəkirəm?
Bəzən Allaha dua edib şəfa istəyərkən dua nə üçün qəbul olmur?

Səbr edənləri müjdələ!

 

Teqlər: 
Paylaş: