İçki istehsal edən zavodda işləyən aşpazın maaşı haramdırmı?
Və aleykum Salam və rahmətullahi və bərakətu. Alkoqollu içki haramdır və bütün şərlərin başlanğıcıdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?" (əl-Məidə, 90-91).
İçki zavodunda işləyən aşpaz birbaşa içki istehsalı ilə məşğul olmasa da, bunu edənlərə kömək etmiş sayılır. Uca Allah buyurur: "Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun! Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Məidə, 2).
Ona görə də, Allaha dua edərək başqa iş axtarmağa başlamaq lazımdır, yeni iş yeri tapana qədər orada işləmək olar.