Oruc vaxtı qoxu gəlməsin deyə ağız yaxalayan vasitələrdən istifadə etmək olar?

    08.06.2016
Sual: 
Ramazan ayinda oruc tutarken agizdan qoxu gelmesinin qarsisini almaq ucun agiz yaxalayici vasitelerden istifade etmek olar mi?
Cavab: 

Salam aleykum. Oruc tutarkən ağızdan gələn qoxuya görə utanmaq lazım deyil. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Oruc bir qalxan­dır. (Cəhənnəm odundan qoruyan sipərdir). Qoy oruc tutan adam günah işlər görməsin və cahillik etməsin. Əgər kimsə onun­la dalaşmaq istəsə və ya onu söysə, qoy iki dəfə: "Mən oruc tutmuşam" - de­sin. Canım Əlində olan Allaha and olsun ki, oruc tutan adamın ağzından gə­lən qoxu, Uca Allahın yanında müşk qoxusundan daha gözəldir. (Uca Allah bu­yu­rur:) "O, Mənə görə öz yeməyindən, içməyindən və şəhvətindən imtina et­miş­dir. Oruc isə Mənim üçündür və Mən (oruc tutan adama) ayrıca mükafat ve­rə­cə­yəm. Yaxşı əməlin əvəzi on qat veriləcəkdir". (əl-Buxari, 1894). Lakin, boğaza su getməmək şərtilə ağızı yaxalamaq qadağan deyildir. Həmçinin, oruc ikən sünnədə buyurulmuş misvakdan istifadə etmək daha yaxşıdır. Həmçinin oxuyun: Oruclu ikən misvak istifadə etmək olarmı?

Teqlər: 
Paylaş: