Namazda oturarkən ayaqları sol tərəfə uzatmaq olar?

    01.06.2016
Kimdən: 
Aytac
Sual: 
Salam. Namaz qılarken oturanda sol terefe ayaqları uzadıb oturmaq olarmı?
Cavab: 
Və aleykum Salam. Əgər namaz qılarkən oturanda ayaqlarınız ağrıyırsa və siz buyurulduğu kimi otura bilmirsinizsə, belə oturmaq olar. Abdullah ibn Abdullah ibn Ömər rəvayət edir ki, o, Abdullah ibn Ömərin namazda oturanda ayaqlarını çarpaz qoyduğunu görərdi. (Abdullah deyir ki:) "O vaxt cavan idim deyə mən də belə etdim, lakin Ab­dullah ibn Ömər (bunu) mənə qadağan edib dedi: "Namazda (Sünnəyə mü­va­fiq qaydada) oturmaq (üçün) sağ ayağının pəncəsini şaquli vəziyyətdə qoymalı və sol ayağını büküb üstündə oturmalısan". Mən dedim: "Axı sən belə edir­sən". O dedi: "Ayaqlarım məni saxlamır (deyə belə edirəm)". (əl-Buxari, 827).
Teqlər: 
Paylaş: