Şimşək haqqında hədisləri yaza bilərsinizmi?
Sual:
As Salamu aleykum va rahmatullahi va barakatuhu. Allah elminize bereket versin. Bir sualim var idi. Şimşək chaxanda oxumushdum ki, melekler qamçılayir buludlari. Bir de onlarin sesidi şimşək caxarken chixan ses. Sehih hedisler olmalidi. Deye bilersiz bu haqda? 2ci sualim:İmam Qəzzali, “İhyau-Ulumiddin", İbn Əbi Şeybə, “Müsənnəf”, 17919; Vəhbə Züheyli, “əl-Fiqhul-İslami və Ədillətuhu”, bu kitablar sehih hedislerdendi? Allah razi olsun.
Cavab:
Və aleykum Salam və rahmətullahi və bərəkətu.
1. İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, yəhudilər Peyğəmbəin (ona Allahın salavatı və salamı olsun) yanına gəlib dedilər: "Ey Əbul-Qasim! Həqiqətən, biz səndən beş şey barəsində soruşacağıq. Əgər soruşduqlarımız barəsində bizə xəbər versən, sənin peyğəmbər olduğunu yəqin edərik və sənin ardınca gələrik". Peyğəmbər (ona Allahın salavatı vəsalamı olsun) onlardan, İsrail (Yəqub peyğəmbər) öz övladlarından and içdirib əhd aldığı kimi əhd aldı. Belə ki, onlar dedilər: "Allah bizim dediklərimizə şahiddir!" Odur ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: "Soruşun!" Onlar dedilər: "Bizə peyğəmbərin əlaməti haqqında xəbər ver!" O dedi: "Peyğəmbərin gözləri yatır, qəlbi isə oyaq qalır". Onlar dedilər: "Ana bətnində uşağın hansı səbəbdən qız və ya oğlan olması barədə bizə xəbər ver!" O dedi: "Kişinin belindən və qadının köksündən gələn su bir-birinə qarışdıqda kişidən gələn su üstünlük təşkil etsə oğlan, qadından gələn su üstünlük təşkil etsə qız olar". Onlar dedilər: "İsrailin (Yəqub peyğəmbərin) nəyi özünə haram etməyi barədə bizə xəbər ver!" O dedi: "O oturaq sinirindən şikayət edirdi və buna əlac tapmadıqdan sonra dəvə ətini və südünü özünə haram etdi". Onlar bunun doğru olduğunu təsdiq etdikdən sonra dedilər: "Bizə ildırım haqqında xəbər ver!" O dedi: "Bu, Allahın buludları idarə etmək üçün müvəkkəl etdiyi bir mələkdir ki, əlindəki oddan olan "mixraqla" buludları dağıdaraq Allahın əmr etdiyi yerə aparır". Onlar dedilər: "Bəs eşidilən o gurultu nədir?" O dedi: "Onun səsidir". Onlar bu xəbəri də təsdiq etdikdən sonra dedilər: "Artıq bir sualımız qaldı. Onun haqqında da bizə xəbər versən, sənə beyət edərik. Hər bir peyğəmbərə vəhyi çatdıran mələk vardir. Bəs sənin (vəhy çatdıran) dostun kimdir?" O dedi: "Cəbraildir". Onlar dedilər: "Bizim düşmənimiz olan, əzab, ölüm və müharibə gətirən Cəbrail?! Əgər rəhmət, bitgi və yağış gətirən Mikaili desəydin doğru olardı". Bu vaxt Uca Allah bu ayəni nazil etdi: "De: "Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir". (əl-Bəqərə, 97)". (İmam Əhməd, 2483). Sizin dediyiniz o alət qamçı yox, adı Mixraqdır, xüsusiyyəti isə bizə məlum olmayan alətdir. Lakin, müəyyən anlayış olması üçün bəziləri ona qamçı deyir. Həmçinin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: “Göy gurultusu Allahın buludları idarə etmək üçün müvəkkil etdiyi mələkdir ki, əlindəki odlu mixraq (bizim başa düşdüyümüz anlamda olan qamçı) ilə buludları dağıdıb, Allahın əmr etdiyi yerə aparır. Ondan eşidilən o səs isə buludları Allahın əmr etdiyi yerə qədər dağıtması nəticəsində çıxan səsdir”. (ət-Tirmizi, 4/ 129; Silsilətul-Əhadisis-Səhihə, 1872). Abdullah ibn Zubeyr (Allah ondan razı olsun) göy gurultusunu eşitdiyi zaman söhbətini yarımçıq qoyub deyərdi: “Pak və müqəddəsdir O Allah ki, “Göy gurultusu həmd edərək Ona təriflər deyir. Həmçinin, mələklər də, Onun qorxusundan həmd edərək Ona təriflər deyirlər”. (ər-Rəd, 13). Sonra (davam edib) deyərdi: “Bu, yer əhli üçün şiddətli bir xəbərdarlıqdır”. (əl-Buxari "Ədəbul-Mufrad" 723).
Mələklərin dəhşətli səslərinin olmasına Quran da şahidlik edir. Uca Allah buyurur: "Onları məhv edən ancaq dəhşətli bir səs oldu. Onlar birdən sönüb getdilər". (Yasin, 29). Təfsi alimləri bu səsin Cəbrailin səsi olduğunu demişlər. Cəbrailin bircə dəfə qışqırması həmin tayfanın məhv olmasına səbəb olmuşdur.
Mələklərin dəhşətli səslərinin olmasına Quran da şahidlik edir. Uca Allah buyurur: "Onları məhv edən ancaq dəhşətli bir səs oldu. Onlar birdən sönüb getdilər". (Yasin, 29). Təfsi alimləri bu səsin Cəbrailin səsi olduğunu demişlər. Cəbrailin bircə dəfə qışqırması həmin tayfanın məhv olmasına səbəb olmuşdur.
2. "İhyau-Ulumiddin" İmam Ğazali adlı alimin kitabıdır. Lakin fəlsəfəçi olduğuna görə onun kitabını oxumaq icazəli deyil.
İbn Əbi Şeybənin "Musannəf" kitabı hədis kitabıdır. Bu kitabda müəyyən zəif hədislər olsa da, səhih hədislər daha çoxdur.
Vəhbə Zuheyli "əl-Fiqhul-İsləmi və Ədillətuhu" Suriyalı alimlərdəndir. Lakin daha uyğunu və daha səhih olan, doğma dilimizdə olan "Fiqh kitabı"dır . İslam fiqhi (Quran və səhih hədislərə əsasən)