Qadın naməhrəmlərə iynə vura bilərmi?
Sual:
salam men tibb bacisiyam yaxin qohumlara kisi olaraq iyne vurmaqim islamda nece qebul olunur coreyim ondan cixir herden istemirem vurum amma mecburiyyet olurda neyniyim men bir meslehet verin xahis edirem coxsaqolun tez bir vaxtda sizden cavab gozleyirem
Cavab:
Və aleykum Salam. Naməhrəmlərə tibbi köməklərdən - iynə vurmaqdan, təzyiq ölçməkdən çəkinsəniz daha yaxşıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizdən birinin başına dəmir iynənin sancılması, naməhrəm qadına toxunmaqdan xeyirlidir". (Səhih əl-Cami, 5045). Bu hökm qadınlara da şamil olunur. Həmçinin, qadın qadına, kişi də kişiyə iynə vura bilər.