Yorğun olanda namazı gecikdirmək günahdır?
Sual:
Salam.Mənim 14 yaşım var 13 yaşımdan Namaz qılıram.Mən məktəbdən saat 3 iştəmiş evə gəlirəm.mən evə gələn də azan çok dan vermiş olur.evə elə vaxtı gələndə çox yorğun oluram ona görədə yarım saat dan sonra Namazımı qılıram.Namazı məcburiyyətdən gec qılıram indi mən günah qazanmış oluram.Əvvəl cədən çok Sağ olun elə dini suallar olur ki, onun cavabını tapa bilmirəm ama siz çok Sağ olun ki, cavablandırır sınız.
Cavab:
Və aleykum Salam. Yorğun olduqda namazı gecikdirmək qəbahət deyil. Əsas odur ki, hər namazı vaxtı çıxmamış qılasınız, çünki hər namazın öz vaxtı var.