Məcburiyyət qarşısında küfr olan şeri oxuyan dindən çıxır?
Sual:
Salam aleykum ve rahmatullah. Mene kollecde, ezberden yox, sadece defterin uzunnen bele şeyir oxutdurdu muellim.
Mən insanam, Allah mənəm söyləyən,
Nəsiminin gür səsi var bu dildə.
Neçə taxtı yerlə yeksan eyləyən,
Koroğlunun vur səsi var bu dildə.
Mende bir şey demedim yeni narazılıq gostermedim oxudum şeyiri, ama qelbden inanaraq yox. indi men bu şeyiri oxudum uçun inseAllah ki dinden çıxmıram ki ??? Cunku men istemeyerek oxumusam.
Cavab:
Və aleykum Salam və rahmətullah. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043). Günah olsa da bu şeiri inanmayaraq oxumaq insanı dindən çıxarmır. Siz tövbə edin və bir daha bu günaha qayıtmayın. Həmçinin oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?