Ramazan ayı üçün qüsl necə alınmalıdır?
Sual:
Salam aleykum. Ramazan ayi ucun qusulu nece ala bilerem ve qusl alarken ne demeliyem. Zehmet olmasa. Cox sagolun.
Cavab:
Və aleykum Salam. Ramazan ayı daxil olanda xüsusi bir qüsl yoxdur. Ramazan ayı sona çatanda isə bayramdan qabaq qüsl alınır. Bir nəfər Əlidən (Allah ondan razı olsun) qüsl almaq barədə soruşdu. Əli (Allah ondan razı olsun) dedi: "İstəyirsən hər gün qüsl et". Həmin adam dedi: "Xeyr, mən lazımlı qüsl haqqında soruşuram". Əli (Allah ondan razı olsun) buyurdu: "Onda Cümə və Ərafa günlərində, Qurban və Ramazan bayramlarında qüsl et". (əl-Beyhəqi, 3/ 278).