Niyə hamıya "Salam aleykum" yazırsınız?

    20.06.2016
Sual: 
As Salamu Aleykum va rahmatullahi va barakatuhu. Bu sayta yazanlar hamisi müsəlman deyil onlara qarsiliq olaraq niyə Salam Aleykum ve ya aleykum Salam deyirsiz? Men ele bilirem ancaq muselmanlara demek olar bu qayda salami. Belke de men sehvem. Haqqinizi halal edin. As Salamu Aleykum va rahmatullah.
Cavab: 

Və aleykum Salam və rahmətullahi və bərakətu. Alimlərə görə Azərbaycan əhalisi ümumən müsəlman sayılır. Əgər kimsə özünü müsəlman adlandırırsa, amma müəyyən səbəblərə görə İslama dəvət ona gəlib çatmayıbsa, dəvəti başa düşməyibsə və ya səhv başa düşübsə, bu halda onunla müsəlman kimi davranmaq lazımdır. Salam verməyə gəldikdə isə, aşağıdakı ayəyə əsasən, hətta kafir də "salam aleykum" desə, ona "aleykum salam" demək olar: "Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya (verilən salamı olduğu kimi) qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir". (ən-Nisə, 86). Həmçinin oxuyun: Cahillik üzrlüdürmü?

Paylaş: